Rusiya uduzur: Tbilisi Abxaziya və Osetiyanı gündəmə gətirir

“Rusiya sərhədlərinin haradan keçdiyini başa düşməlidir”.

Globalinfo.az xəbər verir ki, bunu “Blomberqə” müsahibəsində Gürcüstan Prezidenti Salome Zurabişvili deyib.

Onun sözlərinə görə, Ukrayna müharibəsi Rusiyanın postsovet məkanında işğal etdiyi bütün torpaqlardan çıxması ilə bitməlidir:

“Regional nizamın bərpası Rusiya Prezidenti Vladimir Putinin qəti məğlubiyyətindən asılıdır. O isə buna sürətlə yaxınlaşır. Rusiya praktiki olaraq döyüşü uduzub. Qərb dünyası Moskvadan kapitulyasiya çərçivəsində qoşunlarının tam çıxarılmasını tələb etməsə, 2008-2014-cü illərdə etdiyi kimi böyük bir səhvə yol verəcək”.

İlkin Həsənov
Globalinfo.az