Rusiya Prezidenti Vladimir Putinin ABŞ Pezidenti Donald Trampı əlavə danışıqlar üçün Moskvaya dəvət etməsi heç bir praktiki nəticə vermədiyi üçün ləğv edilib.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov TASS-a müsahibəsində bildirib.
Diplomat vurğulayıb ki, görüşün harada keçirilməsinin Moskva üçün prinsipial əhəmiyyəti yoxdur. Onun sözlərinə görə, Rusiya tərəfi danışıqlarda ilk növbədə məzmuna üstünlük verir.
“Bizim mövqeyimiz qətidir, əvvəlcə danışıqların məzmunu razılaşdırılmalıdır, yalnız bundan sonra məkan məsələsi müzakirə oluna bilər”, – deyə Ryabkov qeyd edib.
Tahir Turan
Globalinfo.az