rusiya ukrayna

“Ukraynanın paytaxtı Kiyevə zərbə istənilən an endirilə bilər”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu deyib.

“Bu, istənilən an baş verə bilər. Gənclərimizin həyatına son qoyan terror aktına cavab verəcəyik. Rusiyanın bunun üçün bütün imkanları mövcuddur”, – Şoyqu bildirib.

Rusiya Təhlükəsizlik Şurasının katibi əlavə edib ki, xarici səfirlərə Kiyevi tərk etmək barədə xəbərdarlıq mesajı tamamilə ciddidir və bu addım qəsdən atılıb.

Şoyqu həmçinin vurğulayıb ki, Moskva artıq Kiyevə mümkün zərbələrin gücünü nümayiş etdirib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: