Rusiya tanklarının qorxulu yuxusu: Ukraynanın elit “ağ canavarları”

Ukraynanın cəbhədəki elit hərbi birləşmələrinin Rusiya ordusuna vurduğu zərbələrin miqyası olduqca böyükdür.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna KİV-də materiallar dərc olunub.

Belə ki, təkcə Ukrayna Təhlükəsizlik Xidmətinin “A” xüsusi əməliyyatlar mərkəzinin bir birləşməsi Rusiya ordusunun bir milyard dollardan artıq dəyərə sahib texnikalarını məhv edib.

“Biz birləşmənin texnikasına 200 min dollara yaxın vəsait qoyduq, bir milyard dollardan daha çox dəyəri olan Rusiya texnikasını məhv etdik”, – deyə “A” xüsusi əməliyyatlar mərkəzinin “Ağ canavar” xüsusi təyinatlı birləşməsinin komandiri Oleq Yemets bildirib.

Qeyd olunur ki, Ukrayna ordusunun məhv etdiyi Rusiya tanklarının beş faizi bu birləşmənin payına düşür.