Rusiya sərhədçiləri bura Paşinyanın xahişi ilə yerləşdirilib – Səfir

Rusiya sərhədçilərinin Ermənistan və Azərbaycan sərhədində müşahidə postları Baş nazir Nikol Paşinyanın şəxsi xahişi ilə yerləşdirilib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bildirib.

Səfir Ermənistan Baş nazirinin 2020-ci ildə vəziyyətin sabitləşməsinə töhfə vermək üçün belə bir xahiş etdiyini vurğulayıb.

Diplomat əlavə edib ki, Ermənistan tərəfi Rusiyanın müşahidə postlarının yerləşdirilməsini hüquqi planda qanuniləşdirməyə cəsarət etməyib.