01000000 0aff 0242 7831 08db5d1abb3b w1023 r1 s

Rusiyanın Stokholmdakı səfirliyinə dronla hücum edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə səfirlikdən məlumat verilib.

“Dron diplomatik nümayəndəliyin ərazisi üzərindən uçduqdan sonra əsas girişin qarşısındakı əraziyə boya dolu qab atıb. Təəssüf ki, belə hücumlar müntəzəm xarakter alır”, – deyə bildirilib.

Rusiya diplomatları polis və krallığın Xarici İşlər Nazirliyi ilə əlaqə saxlasalar da, heç bir nəticə olmayıb.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: