F49DE81CMq7gaTwJllS9yVUq1bi11IX8iP5TcBQU 825

Sentyabrın 10-a keçən gecə Polşanın hava məkanının pozulması ilə bağlı insidentdən sonra Norveç Xarici İşlər Nazirliyi Rusiya səfiri Nikolay Korçunovu quruma çağırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Norveç XİN-in mətbuat xidməti məlumat yayıb.

“Norveç Xarici İşlər Nazirliyi Rusiyanın Polşanın hava məkanını sentyabrın 10-na keçən gecə pozmasından sonra Rusiya səfiri ilə danışıqlar aparıb. Görüş zamanı XİN Rusiyanın hərəkətlərinin məsuliyyətsiz və qəbuledilməz olduğunu vurğulayıb”, – məlumatda deyilir.

Eyni zamanda, Norveç də müttəfiqləri kimi Polşaya tam dəstəyini ifadə edib.

Paylaş: