abxaziya 5646

Rusiya-Abxaziya münasibətlərinə Moskva ilə Tbilisi arasında viza rejiminin ləğvi heç bir təsir göstərmir.

Globalinfo.az xəbər verir ki, bunu qondarma Abxaziya rejiminin “xarici işlər naziri” İnal Ardzinba deyib.

O, Putinin bu qərarı qəbul edəcəyindən xəbərdar olduqlarını bildirib. Ardzinba qondarma rejimin Belarusla da əlaqələri gücləndirəcəyini vurğulayıb.

Qeyd edək ki, bundan öncə Abxaziyadakı bir sıra “rəsmilər” Rusiyanın Gürcüstanla əlaqələri gücləndirməsindən narahat olduqlarını açıqlamışdılar. Qondarma rejim bununla Moskvanın onları Tiflisə qurban verməyə hazırlaşdığını demişdilər.

İlkin Həsənov
Globalinfo.az

Paylaş: