ursula von der leyen 900x675 1

Rusiyanın təcavüzkar müharibəsi daha bir qırmızı xətti keçib. Bu hadisə Avropa Birliyi (AB) ərazisində baş verib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen X hesabında paylaşım edib.

O qeyd edib ki, Rusiya PUA-sı Rumıniyada sıx məskunlaşmış əraziyə düşərək mülki şəxslərin yaralanmasına səbəb olub:

“AB Rumıniya və onun xalqı ilə tam həmrəydir. AB xüsusilə şərq sərhədlərində təhlükəsizlik və çəkindirmə tədbirlərini gücləndirməklə yanaşı, Rusiyaya təzyiqi də artıracaq”.

Leyen sonda əlavə edib ki, AB Rusiyaya qarşı 21-ci sanksiyalar paketini hazırlayır.

Qeyd edək ki, bu gün Rusiyaya məxsus PUA Rumıniyanın hava məkanına daxil olaraq çoxmərtəbəli yaşayış binasına çırpılıb.

Paylaş: