Sergey Markedonov

“Rus sülhməramlılarının Qarabağdan çıxarılması Rusiyanın hərbi bazasının Gümrüdən çıxarılması ilə nəticələnəcək”.

Globalinfo.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markedonov qeyd edib.

Politoloq bu məsələnin Rusiya üçün həyati əhəmiyyət kəsb etdiyini bildirib:

“Qarabağda baş verən silahlı insidentlər risklərin artmasından xəbər verir. Moskva üçün əsas moderator rolunun saxlanılması ona həm Ermənistana, həm də Azərbaycana təsir göstərmək imkanı yaradır. Bu rolun itirilməsi isə Moskva üçün Gürcüstanda da əldə edilən müsbət göstəricilərin (Abxaziya və Osetiya məsələsi – red.) dondurulmasına səbəb olacaq. Nəticədə üstünlük Türkiyəyə keçəcək. Bu baxımdan Qarabağın açarının Moskvada saxlanılması vacibdir”.

Ayşən Mustafa
Globalinfo.az

Paylaş: