Rusiya postsovet ölkəsində çevriliş hazırlayır

Moldova hakimiyyəti yaxın zamanlarda öz sərhədləri yaxınlığında hərbi ssenari riski görmür, lakin hibrid diversiyası riski hələ də qalır.

Globalinfo.az xəbər verir ki, bunu Moldovanın xarici işlər naziri Niku Popesku “Faynənşıl Tayms”a müsahibəsində deyib.

O, rusiyayönümlü Şor Partiyasının rəhbəri İlan Şorun Moldovaya hücumlarını davam etdirdiyini bildirib:

“Biz ümid edirik ki, AB korrupsiyaya bulaşmış şəxslərə, o cümlədən Rusiya ilə birgə və ya onun adından Moldova hökumətinə qarşı hibrid müharibə aparanlara sanksiya tətbiq edəcək”.

Qeyd edək ki, bundan öncə Moldova Prezidenti Maya Sandu Rusiyanın Kişinyovda çevriliş hazırladığını açıqlayıb. Sandunun açıqlamasından sonra Qərb dövlətləri Moskvanın bu addımının qəbuledilməz olduğunu bildiriblər. Digər tərəfdən isə yeni təyin edilmiş Baş nazir Dorin Reçan Rusiyadan ordusunu Moldovadan çıxarmasını tələb edib. Kreml bunun qarşılığında Moldovanın bəyanatlarında ehtiyatlı olması gərəkdiyini vurğulayıb.

İlkin Həsənvov
Globalinfo.az