Rusiya polkovniklərin ölümü haqda məlumat yaydı

Rusiyanın R4-cü motoatıcı briqadanın komandiri polkovnik Vyaçeslav Makarov və ordu korpusu komandirinin hərbi-siyasi işlər üzrə müavini polkovnik Yevgeni Brovko həlak olublar.

Globalinfo.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin rəsmisi general-leytenant İqor Konaşenkov da məlumatı təsdiqləyib.

Bildirilib ki, hər iki polkovnik ön cəbhədə döyüş zamanı həyatını itirib.