Rusiya Paşinyanın hamisinə xəbərdarlıq etdi

Rusiya ABŞ-nin Moskvaya yeni təyin olunmuş səfiri Lin Treysiyə vətəndaş cəmiyyəti adı altında ölkənin daxili işlərinə qarışmamağı məsləhət görür.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Şimali Amerika Departamentinin direktoru Aleksandr Darçiyev deyib.

“Moskvada işə başlayan Treysi sələflərindən birinin səhvlərini nəzərə almalıdır. Bizim daxili işlərimizə vətəndaş cəmiyyəti adı altında müdaxilə həmin şəxsin qovulması ilə nəticələnmişdi. Yeni səfirə belə səhv yolla getməyi məsləhət görmürəm”, – o bildirib.

Qeyd edək ki, Lin Treysi Rusiyaya səfir təyin edilməzdən əvvəl Ermənistanda çalışıb. Rusiya üzrə əsas mütəxəssislərdən olan amerikalı diplomat İrəvanda Moskvanın təsirinin zəiflədilməsi prosesində xüsusi rol oynayıb. Treysi Paşinyanın Ermənistanda dayaqlarının gücləndirilməsinin əsas müəlliflərindən sayılır.

Zaira Akifqızı
Globalinfo.az