“Rusiya özünü dünyadan təcrid edir” – Zelenski

Rusiya Zaporojyenin yaşayış məntəqələrini növbəti dəfə atəşə tutmaqla özünü dünyadan və bəşəriyyətdən daha çox təcrid vəziyyətinə salır.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Ukrayna lideri rusların Zaporojyeni S-300 raketləri ilə vurduğunu, nəticədə ata və 11 yaşlı qızın həlak olduğunu bildirib. Uşağın anasının vəziyyəti ağır olduğu üçün xəstəxanada müalicə olunur.