Rusiya ordusunun Ukraynadakı itkiləri açıqlandı

Ukrayna müharibənin 612-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 298 420 hərbçi, 5167 ədəd tank, 9749 ədəd zirehli döyüş maşını, 7180 ədəd artilleriya sistemi, 834 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 558 hava hücumundan müdafiə sistemi, 320 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 9524 ədəd avtomobil texnikası, 5399 ədəd PUA, 1541 qanadlı raket, 20 gəmi/kater, 1 sualtı qayıq, 1011 xüsusi avadanlıq itirib.