ukrayna rusiya 900x506 1

Rusiya ordusu Kiyevdə hərbi sənaye müəssisələrinə qrup halında zərbə endirib”.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi jurnalistlərə açıqlamasında bildirib.

“Bu gün səhər Rusiya Federasiyasının Silahlı Qüvvələri Kiyev şəhərində hərbi sənaye müəssisələrinə yüksək dəqiqlikli, yerüstü və hava bazalı silahlarla, həmçinin uzaqmənzilli pilotsuz uçuş aparatları ilə qrup halında zərbə endirib”, – deyə qeyd olunub.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, zərbələrin hədəfi Ukraynanın “Flaminqo” qanadlı raketləri üçün komponentlər, döyüş başlıqları və bərk yanacaqlı sürətləndiricilər istehsal edən “Fayyer Poynt” MMC və pilotsuz uçuş aparatları üçün komponentlər istehsal edən “Kiyev-111” sənaye müəssisəsi olub.

Bundan əvvəl Kiyev meri Vitali Kliçko şəhərə ballistik raketlərlə zərbələr endirildiyini açıqlamışdı. O, hücumun nəticələri ilə bağlı əlavə məlumat verməyib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: