Rusiya Silahlı Qüvvələri Donetskin Reznikovka kəndi yaxınlığında irəliləyib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Strana.ua” nəşri özünün Teleqram kanalında “Dərin Dövlət” analitik ictimai qrupuna istinadən məlumat yayıb.
Bəyanatda deyilir:
“Rusiya qoşunları Reznikovka yaxınlığında Liman istiqamətində irəliləyib”.
Daha əvvəl Rusiya Prezidenti Vladimir Putin Ukraynanın nəzarətində olan DXR-də ərazinin faizini açıqlamışdı. O, bunun ərazinin təxminən 15 faizini təşkil etdiyini bildirmişdi.
Tahir Turan
Globalinfo.az