2025-ci ilin oktyabrında Rusiya Ukraynaya qarşı raketlərdən istifadəyə görə yeni “rekorda” imza atıb. Ümumilikdə 270 raket buraxıblar ki, bu da sentyabr ayı ilə müqayisədə 46% çoxdur və 2023-cü ildən bəri ən yüksək rəqəmdir.
Globalinfo.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Agentlik oktyabrda Rusiyanın hücumlarının dəf edilməsi ilə bağlı Ukrayna məlumatlarını təhlil edib. Hesablamalara görə, işğalçılar oktyabr ayında bütün növlərdən 270 raket atıblar ki, bu da atılan və vurulan raketlərin sayı haqqında məlumatların ilk dəfə dərc olunmağa başladığı 2023-cü ildən bəri ən yüksək rəqəmdir.