Rusiya nüvə müharibəsinə hazırdır – Putin

Rusiya Prezidenti Vladimir Putin Rusiya Federasiyasının hərbi-texniki baxımdan nüvə müharibəsinə hazır olduğunu bildirib.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Rossiya 1” və RİA Novosti üçün müsahibəsində deyib.

O bildirib ki, Ukrayna ərazisində hərbi əməliyyatlar zamanı Rusiyanın heç vaxt taktiki nüvə silahından istifadəyə ehtiyacı olmayıb.