Rusiya nüvə silahından istifadə edəcəyinə dair iddialara münasibət bildirdi

“Rusiya nüvə müharibəsinin yolverilməzliyi postulatını rəhbər tutur”.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bildirilib ki, Rusiya yalnız kütləvi qırğın silahlarının tətbiqinə cavab olaraq və ya dövlətin mövcudluğuna təhdid yarandıqda bu silahdan istifadə edə bilər.

Kreml həmçinin nüvə “beşliyi” ölkələrini təxribatlardan çəkinməyə çağırıb.