Rusiya neft və təbii qazla bağlı qadağa: Bu tarixədək…

Rusiya hökuməti ölkədə neft və qaz hasilatı statistikasının dərcini 2024-cü il aprelin 1-dək dayandırıb.

Globalinfo.az xəbər verir ki, Rusiya hökumətinin neft və qaz hasilatı statistikası ilə bağlı qərarı ölkənin hüquqi informasiya sistemində dərc olunub.

Müvafiq olaraq, Rusiyanın neft və təbii qaz hasilatı ilə bağlı statistika 2024-cü il aprelin 1-dək açıqlanmayacaq.

Rusiya prezidenti Vladimir Putinin fevral ayında imzaladığı qanun Rusiya hökumətinə istənilən rəsmi statistikanı gizlətmək səlahiyyəti verib.

Rusiya Federal Statistika İnstitutu (Rosstat) 2022-ci ilin aprelində ölkənin xarici ticarət məlumatlarının dərcini dayandırmaq qərarına gəlib.