Rusiya neft bazarının 90 faizini itirdi – “Blumberq”

Rusiya neftinə embarqonun qüvvəyə minməsinə iki həftə qalmış Moskva Avropa Birliyinin şimal ölkələrinin bazarlarındakı payının 90 faizini itirib.

Globalinfo.az xəbər verir ki, bu məlumatı “Blumberq” agentliyi yayıb.

Məlumata görə, noyabr ayında Rusiya Rotterdam limanına gündəlik 95 min barel neft yükləyib ki, bu da fevralın əvvəlində qeydə alınan gündəlik 1,2 milyon bareldən dəfələrlə azdır. Agentlik Litva, Fransa və Almaniyanın Rusiya neftinin idxalını aylar əvvəl dayandırdığını, Polşanın isə bu siyahıya sentyabrda qoşulduğunu bildirib. Bununla belə, hazırda Rusiyanın Baltik limanlarında yüklənən neftin dördəüçünün məhz Asiya üçün nəzərdə tutulduğu vurğulanıb.

“Blumberq” həmçinin G7 ölkələrinin Rusiya nefti üçün qiymət məhdudiyyətinin 23 noyabrda elan edilə biləcəyini yazıb. Qərar qəbul olunarsa, G7 ölkələrinin təyin edəcəyi səviyyədən yuxarı olacaq yüklərin Avropa və Britaniya gəmilərinə girişi, eləcə də onların sığortası qadağan ediləcək.

İlkin
Globalinfo.az