“Hazırda Rusiyanın NATO-ya qarşı müharibə üçün resursu yoxdur, lakin bir neçə il sonra situasiya dəyişə bilər”.
Globalinfo.az xəbər verir ki, bunu “Atlantic Council”in baş elmi əməkdaşı Yan Bjezinski deyib.
“Müharibə qeyri-müəyyən işdir. Daha böyük müharibə təhdidinin olmadığını demək axmaqlıq olardı. Lakin indi Rusiyanın hərbi vasitələri yoxdur ki, onu genişlətsin. Putinin ordusu hələ hazır deyil. O, Ukraynada yalnız bir neçə əhəmiyyətsiz uğur əldə edib. 3-5 il sonra isə situasiya tam fərqli ola bilər”, – o bildirib.
Bjezinski Rusiyanın yaradacağı ən böyük təhdidin hibrid müharibə ola biləcəyini söyləyib:
“Biz bunu artıq Mərkəzi Avropada yaşayırıq, müəyyən mənada Qərbi Avropada da var. Rusiya aktiv şəkildə qətllər, diversiyalar, dezinformasiya, kəşfiyyat əməliyyatlarından istifadə edir. Müdafiə qabiliyyəti, Qərbin qətiyyəti yoxlanır, müttəfiqlər arasına fikri ayrılığı və etimad çatışmazlığı toxumları əkilir”.
Əliyar Xəlil
Globalinfo.az