Rusiya dronu Moldova dövlət sərhədini pozub.
Globalinfo.az-ın xəbərinə görə, bu barədə Moldova Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.
Milli Ordunun Hava Əməliyyatları Xidmətinin məlumatına görə, dron Moldovanın hava məkanına Ukraynanın Vinnitsa vilayəti istiqamətindən daxil olaraq Oknitsa rayonunun Savka kəndi istiqamətində hərəkət edib.
Pilotsuz uçuş aparatı yerli sakinlər tərəfindən Beltsi şəhəri üzərində müşahidə olunub.
Müdafiə Nazirliyi əlavə edib ki, Moldovanın şimal və mərkəz bölgələrinin hava məkanı müvəqqəti olaraq bağlanıb.
XİN bəyan edib ki, bu cür hadisələr Moldovanın suverenliyi və ərazi bütövlüyünün qəbuledilməz şəkildə pozulmasıdır.
Əliyar Xəlil