haa

Ukrayna Almaniyadan yeni “IRIS-T” hava hücumundan müdafiə sistemi alıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat yayıb.

“Son bir həftə ərzində Rusiya ordusu ölkə ərazisinə 2300-dən çox zərbə dronu, təxminən 1560 idarəolunan aviasiya bombası və 108 müxtəlif tipli raket atıb”, – deyə o əlavə edib.

Bundan əvvəl, mayın 5-də Rusiya Müdafiə Nazirliyi Almaniya istehsalı olan “IRIS-T” hava hücumundan müdafiə sisteminin Ukrayna ordusunun arxa cəbhəsində dronlarla məhv edildiyini iddia etmişdi.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: