Lugansk scaled

Rusiya Ukraynanın Luqansk vilayətini tam ələ keçirdiyini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi “Luqansk Xalq Respublikası”nın (Ukraynanın Luqansk vilayəti-red) “azad edildiyi” barədə məlumat yayıb.

    “Qərb qoşun qruplaşması bölmələri Luqansk Xalq Respublikasının azad edilməsini başa çatdırıb”, – Rusiya Müdafiə Nazirliyinin məlumatında qeyd olunub.

    Paylaş: