rusiya kosmos nuve silahi1

Rusiya kosmosa nüvə başlıqlı silah yerləşdirməyə imkan verən texnologiya üzərində işləyə bilər”.

Globalinfo.az xəbər verir ki, bunu Almaniya Kosmik Komandanlığının rəhbəri, general-mayor Maykl Traut “Politico”ya müsahibəsində deyib.

Onun sözlərinə görə, ən yüksək eskalasiya səviyyəsində belə bir silahın orbitdə yerləşdirilməsi ehtimalı mövcuddur:

“Bu, aşağı Yer orbitindəki peyklərin təxminən üçdə birinin sıradan çıxmasına səbəb ola bilər. Həmçinin, belə bir hadisə nəticəsində orbitin uzun müddət istifadəsiz qalması riski mümkündür”.

Traut qeyd edib ki, Almaniya kosmosu strateji təhlükəsizlik sahəsi kimi qiymətləndirir və bu səbəbdən yeni müdafiə sistemləri inkişaf etdirir:

“Bunlara radioelektron mübarizə vasitələri, lazer texnologiyaları, peyk-inspektorlar və hərbi peyk rabitə şəbəkələrinin yaradılması daxildir. Həmçinin SATCOMBw 4 adlı yeni hərbi peyk rabitə sistemini qurmağı planlaşdırırıq”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: