2025 08 22 13 19 44n3TJbAIzjMplQSGhFQ07 file

Rusiya ordusu Donetsk vilayətinin Konstantinovka şəhərinə güclü zərbə endirib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Teleqram kanallarının məlumat yayıb.

Məlumata əsasən, şəhərə FAB-250 tipli aviabombalarla hücum edilib.

Atəş nəticəsində şəhərdə böyük yanğınlar başlayıb. Ümumilikdə 26 bina, infrastruktur obyektləri, ticarət mərkəzi və pavilyonlara zərər dəyib.

Çoxmərtəbəli yaşayış binalarından biri isə tamamilə yanaraq istifadəyə yararsız hala düşüb.

Hadisə yerinə xilasetmə qüvvələri və yanğınsöndürmə briqadaları cəlb olunub.

İlkin məlumata görə, mülki vətəndaşlar arasında həlak olan yoxdur.

Paylaş: