Kiyevə hücumlar nəticəsində ölənlərin sayı 15-ə çatıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Kiyev şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko məlumat verib.
Yaralıların sayı isə 145-ə yüksəlib.
***19:08
Rusiyanın Ukraynanın paytaxtı Kiyevə hava zərbələri nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Teleqram kanalında paylaşımında Kiyev şəhərinin meri Vitali Kliçko bildirib.
Ölənlərin 1-i uşaqdır.
***16:17
Rusiyanın Ukraynanın paytaxtı Kiyevə hava zərbələri nəticəsində yaralananların sayı 135 nəfərə çatıb, onların arasında 12 azyaşlının olduğu açıqlanıb.
Globalinfo.az xəbər verir ki, hazırda 30 nəfərin xəstəxanalarda müalicəsi davam edir.
Həmin zərərçəkənlərdən 5-i uşaqdır.
97 nəfər isə ambulator müalicə üçün evə buraxılıb.
***14:48
Rusiyanın Kiyevə hücumu nəticəsində həlak olanların sayı 8-ə çatıb.
Globalinfo.az xəbər verir ki, bunu Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko açıqlayıb.
***
Rusiyanın ötən gecə Kiyevə pilotsuz uçuş aparatı (PUA) ilə həyata keçirdiyi hücum nəticəsində yaralananların sayı 82 nəfərə çatıb.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bunu Kiyev Vilayət Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko deyib.
O bildirib ki, yaralıların 44 nəfəri xəstəxanaya yerləşdirilib.
Xəsarət alanlar arasında 10 azyaşlı da var ki, onlardan beşinin müalicəsi stasionar şəraitdə davam etdirilir.
Açıqlamada həmçinin, ən azyaşlı yaralının 5 aylıq uşaq olduğu qeyd edilib.
***09:30
Rusiya Silahlı Qüvvələrinin Kiyevə qarşı kütləvi hücumu nəticəsində azı 6 nəfər həlak olub.
Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko sosial şəbəkələrdə bildirib.
“Hazırda 6 nəfərin həlak olduğu təsdiqlənib. Xilasetmə əməliyyatı davam edir”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, dağıntıların təmizlənməsi üzrə iş aparılır.
T.Tkaçenko qeyd edib ki, Rusiya Silahlı Qüvvələrinin dronlar və ballistik raketlərlə zərbələri nəticəsində 27-dən çox məkanda dağıntılar olub. Onun sözlərinə görə, Kiyevin Solomenski, Svyatoşinski, Şevçenkovski və Qoloseevski rayonları daha çox zərər çəkib.
***09:04
Rusiyanın Kiyevə endirdiyi raket zərbələri nəticəsində 43 nəfər yaralanıb, bir nəfər həlak olub.
Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə Kiyev şəhərinin meri Vitali Kliçko bildirib.
Qeyd olunur ki, zərbələrin nəticələri bir neçə rayonda müşahidə olunur, evlər zədələnib.
Ukrayna Daxili İşlər Nazirliyinin məlumatına əsasən, 26 nəfər paytaxtın tibb müəssisələrinə yerləşdirilib, həlak olan qadının meyidi dağıntılar altından çıxarılıb.
Qurumdan bildirilib ki, yaralananlar arasında çağırışa gedən üç polis əməkdaşı da var.
“Raketlərdən biri yaşayış binasına düşüb. Binanın bir girişi tamamilə dağıdılıb”, – məlumatda deyilir.