Rusiya Kiyevə raket atdı: ölənlər var

Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyevə raket zərbələri endirməsi nəticəsində 2 mülki şəxs ölüb, 10-dan çoxu yaralanıb.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkə səhifəsində yazıb.

O bildirib ki, fevralın 7-də Ukraynanın 6 bölgəsinə Rusiyanın atəşinə məruz qalıb.

Dövlət başçısının sözlərinə görə, raket zərbələri nəticəsində yaşayış binaları dağılıb. Sakinlər dağıntılar altında qalıb.