Putin xerite 3 900x450 1

Rusiya Xarici Kəşfiyyat Xidmətinin iddiasına görə, Ukrayna Silahlı Qüvvələrinin komandanlığı Latviya ərazisindən bu ölkəyə zərbələr endirməyə hazırlaşır.

Rusiya Xarici İşlər Nazirliyi bu məlumatdan sonra Latviya səfirini çağırıb və xəbərdarlıq edib.

Rusiya Latviyaya hücum üçün özünə əsas yaratmağa çalışır? Xarici kəşfiyyatın iddiası nə dərəcədə həqiqətə uyğundur?

Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsdullazadə deyib ki, Ukraynanın Latviya ərazisindən Rusiyaya zərbə endirməsinə ehtiyacı yoxdur:

“Ukrayna buna getməz. Həmçinin Latviya da icazə verməz. Bu, Latviyanın münaqişəyə qoşulması və Rusiyanın hədəfi olması deməkdir. Sadəcə son aylar Rusiyada Latviyaya qarşı separatçı çağırışlar edilir. Latviyada yaşayan etnik rusların “hüquqlarının qorunması” adı ilə muxtariyyət tələbi irəli sürülür. Görünür, Rusiya Baltikyanı ölkələrə qarşı da yeni hərbi təxribatlar hazırlayır.

Latviya da əsas hədəf götürülüb. Rusiya qəsdən belə bir dezinformasiya sızdırır. Bir növ Latviyaya müdaxilə üçün bir bəhanə axtarır. Bu, Rusiyanın ənənəvi metodudur. Hesab edirəm ki, Avropa İttifaqı ölkələri və NATO bu məsələdə prinsipial olacaq. Rusiyanın dezinformasiya cəhdi və hibrid müdaxilələrinin qarşısını alacaq”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: