Rusiya kartları açdı: Qəzza münaqişəsinin arxasındakı PLAN

Rusiya XİN rəhbəri Sergey Lavrov deyib ki, bəzi xarici oyunçular İsrail-Fələstin münaqişəsinin gərginləşməsindən istifadə edərək, Yaxın Şərqdə böyük müharibəni qızışdırmağı planlaşdırırlar.

Maraqlıdır, İsrail-Fələstin münaqişəsinin gərginləşməsindən öz mənafeyi üçün hansı ölkələr istifadə etmək istəyir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Kənan Rövşənoğlu deyib ki, Lavrovun açıqlamasında nəzərdə tutduğu qüvvə ABŞ və onun Avropa müttəfiqləridir:

Kənan Rövşənoğlu

“Yaxın Şərq hər zaman dünyanın böyük dövlətlərinin marağında olub. Hər kəs burada öz marağını güdür və bu da qeyri-adi deyil.

Lakin böyük dövlətlərin hazırkı maraq toqquşması Qəzzada faciənin daha da böyüməsinə, mülki itkilərin artmasına səbəb olur. Qərb ölkələri, xüsusən də ABŞ Qəzzada atəşkəs layihəsini BMT-də dəfələrlə bloklayıb və bununla da ciddi tənqidlərə tuş gəlib.

Ümumiyyətlə, Yaxın Şərq, Fələstin-İsrail münaqişəsinin bu günə qədər həll olunmamasında xarici amillərin də rolu olub və olmaqda davam edir”.

Turan Rzayev
Globalinfo.az