Rusiya İstintaq Komitəsi: “Krokus” terrorunu onlar maliyyələşdirib

Rusiya İstintaq Komitəsi “Krokus Siti Holl”da terror törədənlərə Ukraynadan xeyli miqdarda pul daxil olması barədə məlumat alıb.

Globalinfo.az xəbər verir ki, komitə terrorçularla Ukrayna millətçiləri arasında əlaqənin sübuta yetirildiyini də açıqlayıb.

Rusiya İstintaq Komitəsi törədilən terror aktının maliyyələşdirilməsində iştirak edən daha bir şübhəli şəxsi saxlayıb. Həmçinin Rusiyanın Daxili İşlər Nazirliyi məktəbliləri terror aktları törətməyə razı salan ukraynalı Yaroslav Ovsyuku da axtarışa verib.

Belə ki, 2022-ci ilin martında Soçidə Kolumbin terror hərəkatının onlayn icmasını idarə edən gənc saxlanılıb. O, Ukrayna vətəndaşı Yaroslav Ovsyukdan idarəetmə hüquqlarını aldığını etiraf edib.

Əliyar Xəlil
Globalinfo.az