Rusiya İstanbulu işğal etməyi planlaşdırır?

“Rusiyanın dövlət televiziya kanallarında yenə də “İstanbulu işğal etmək lazımdır”, “Türkiyəni raket atəşinə tutmaq lazımdır” və bu kimi sərsəm fikirlər səslənir”.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, bu fikri ya hansısa rus şovinisti, reallıq hissini itirən aparıcı, ya da Rusiya kanallarına yol tapmış erməni əsilli siyasi ekspert dilə gətirir:

“Bunların tamamından da güclü diktator Stalin İkinci Dünya müharibəsindən sonra Türkiyəyə qarşı ərazi iddiasını həyata keçirmək istəyirdi, alınmadı. SSRİ qarşısında Amerikanı gördü. Kiçik Baxmut şəhərini aylardır işğal edə bilməyən ölkədə “İstanbulun həsrətiylə” yaşayanlar ya olan-qalan ağıllarını itiriblər, ya da cəhənnəmə gedərkən hamını hədəf almaq həvəsinə girişiblər”.

Zaira Akifqızı
Globalinfo.az