Rusiya işğalla hədələdi: 15 il əvvəl yaşananları unutmayın!

“Vaşinqton Gürcüstana suveren olmağa izin vermədi. ABŞ-ın məntiqinə görə, yalnız o, müstəqil qərar qəbul etmək haqqına sahibdir, yerdə qalanlar isə Vaşinqtonun diktəsi ilə mövcud olmalıdırlar”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Dumasının sədri Vyaçeslav Volodin eyib.

“Bu dövlətlə istənilən fikir ayrılığının cavabı rəngli inqilab ola bilər. Hər ölkə müstəqilliyə can atır. Gələcək yalnız suveren dövlətlərdədir. Bunu hamı başa düşüb, reallaşdırmağı isə hər kəs bacarmayıb”, – o vurğulayıb.

Qeyd edək ki, təkcə Volodin yox, o cümlədən Marqarita Simonyan da Tbilisidə baş verənlərə münasibət bildirib. O, Gürcüstanda yaşananların Rusiyaya qarşı ikinci cəbhənin açılması vasitəsi olduğunu deyib. Simonyan həmçinin 2008-ci il hadisələrinin yenidən təkrarlanacağı təqdirdə heç kimin Tbilisinin yanında yer almayacağını söyləyib.

İlkin Həsənov
Globalinfo.az