Rusiya iqtisadiyyatını çökdürəcək sanksiyalar lazımdır – Kit Kelloq

photo 2025 02 15 22 07 02

Rusiya iqtisadiyyatını çökdürəcək sanksiyalar lazımdır.

Globalinfo.az xəbər verir ki, bunu Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən panel iclas zamanı ABŞ Prezidentinin Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq deyib.

“Rusiyaya qarşı sanksiyaların effektivliyini ölçəsi olsaq, 10 üzərindən 6 deyərdim, lakin tətbiqinə gəlincə, bu, 10 üzərindən 3 bal ilə ölçülə bilər. Elə sanksiyalar lazımdır ki, iqtisadiyyatı çökdürə bilsin. Biz keçmişdə bunu İrana qarşı etmişik, biz bu ölkəni sındıracaq sanksiyalar tətbiq etmişik”, – deyə Kelloq bildirib.

Aysel Əliyeva
Globalinfo.az