
“Rusiya və ABŞ Rusiya Federasiyası və Ukraynanın enerji obyektlərinə hücumların dayandırılması ilə bağlı razılığa gəliblər”.
Globalinfo.az xəbər verir ki, bu barədə Moskva və Vaşinqton arasında Ər-Riyadda keçirilən məsləhətləşmələrdən sonra Kremlin saytında dərc olunmuş rəsmi bəyanatda deyilir.
Qeyd edilib ki, moratorium uzadılma ehtimalı ilə 30 gün üçün nəzərdə tutulub və martın 18-dən başlayır.
“Vladimir Putin və Donald Tramp 2025-ci il martın 18-dən başlayaraq 30 gün müddətinə Rusiya və Ukraynada enerji obyektlərinə zərbələrin endirilməsinə qadağa qoyulması haqqında sazişlərin icrası üçün tədbirlər hazırlamaq barədə razılığa gəliblər”, – bəyanatda bildirilib.