Ukrayna 195 hərbçini Rusiyaya verdi, əvəzində isə…

Rusiya ilə Ukrayna arasında növbəti əsir mübadiləsi baş tutub.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Ukrayna tərəfi 195 rusiyalı hərbi əsiri geri qaytarıb. Moskva da Ukrayna tərəfinə eyni sayda hərbçini təhvil verib.

Qeyd edək ki, bu, Belqorod vilayətində 74 ukraynalı hərbi əsirin olduğu İl-76 təyyarəsinin vurulmasından sonra həyata keçirilən ilk əsir mübadiləsidir.