“Müasir Rusiya ilə sülh qeyri-mümkündür, çünki o, beynəlxalq normaları pozub”.
Globalinfo.az xəbər verir ki, bunu Polşa xarici işlər naziri Radoslav Sikorski deyib.
“ATƏT Helsinki prosesi nəticəsində yarandı. O zaman kommunist bloku insan haqlarına hörmət etməyi, müxalifətə dözməyi üzərinə götürmüşdü. Qərb dünyası isə İkinci Dünya müharibəsi nəticəsində yaranmış sərhədləri tanıyacaqdı. Müasir Rusiya bu öhdəliklərin hamısını pozdu, çünki daha avtoritar rejim qurub, Brejnev dövründən belə daha çox siyasi məhbusa sahibdir. Eyni anda o həm də sərhədləri güclə dəyişməyə başladı”, – nazir bildirib.
Sikorski ATƏT-in Avropada Rusiyanın iştirakı ilə təhlükəsiz mühit yaratmaq üçün düşünüldüyünü bildirib:
“Bu onillər ərzində Rusiyanın xoşuna gəlirdi, çünki Kremlin veto haqqı var idi. Bu da onu deməyə əsas verir ki, Rusiya ilə sülh əldə etmək mümkün deyil, çünki o, aqressiyadan fayda götürmək istəyir. Ona güzəştlə yox, güclə cavab vermək lazımdır”.
Əliyar Xəlil
Globalinfo.az