Rusiya ilə savaşda Ukrayna 54 milyardı nəyin hesabına qarşılayır?

Ukrayna ordusunun saxlanması xərcləri illik 54,7 milyard dollardır ki, bu da ölkənin imkanlarını kəskin şəkildə üstələyir.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Denis Şmıqal bildirib.

“Faktiki olaraq silahlı qüvvələrin saxlanması iki trilyon qrivnaya başa gəlir. Bu, sülh dövrü büdcəsinin gəlir hissəsindən daha çoxdur”, – deyə D.Şmıqal qeyd edib.

Onun sözlərinə görə, bu gün ölkə Qərbin dəstəyi, qrant və kreditlər hesabına ayaqda qalır.

Ayşən Mustafa
Globalinfo.az