Azərbaycan Mərkəzi Bankı (AMB) Rusiya ilə münasibətlərdə yaranan gərginliyin idxal və ixrac əməliyyatlarına təsiri barədə məlumat verib.
Globalinfo.az xəbər verir ki, bu barədə AMB-nin sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı qəbul edilən qərara həsr olunmuş mətbuat konfransında çıxış edib.
Sədr deyib ki, Rusiya qeyri-neft-qaz sektoru üzrə əsas ticarət tərəfdaşlarımız arasında yer alır:
“Hazırda bu sahədə ciddi, kəskin dəyişiklik müşahidə olunmur”.
AMB-nin Statistika departamentinin direktoru Samir Nəsirov da məsələyə münasibət bildirib.
O qeyd edib ki, iki dövlət arasında yaşanan gərginlik səbəbindən idxal-ixrac və pul köçürmələrində mühüm dəyişikliklər qeydə alınmayıb.
Ləman İmran
Globalinfo.az