a7a5c643 1d9f 3c81 8212 2b8fffe19d33 850

“Ukrayna münaqişəsinin həlli üçün Rusiya ilə dialoq qurmaq lazımdır”.

Globalinfo.az-ın “Report”a istinadən məlimatına görə, bunu səlahiyyət müddəti başa çatan NATO-nun Baş katibi Yens Stoltenqberq “Frankfurter Allgemeine Sonntagszeitung” qəzetinə müsahibəsində deyib.

“Biz münaqişənin qarşısını almaq üçün daha çox şey edə bilərdik. Rusiya tərəfi ilə əlaqə müdafiə və təcrid xətti ilə qurulmalıdır ”, – deyə o qeyd edib

Baş katib onu da qeyd edib ki, bu gün danışıqlar üçün imkanlar 2014-cü illə müqayisədə xeyli azdır.

Bundan əvvəl, sentyabrın 7-də Ukrayna Prezidenti Volodimir Zelenski atəşkəs üçün “sülh planı” üzərində işlədiyini bildirib. Onun sözlərinə görə, dəqiq plan 2024-cü ilin noyabrında hazır olacaq.

Paylaş: