Almaniyanın Sol Partiyasının (LP) həmsədri Yan van Aken Rusiya ilə danışıqlarda Avropanı təmsil etmək üçün keçmiş kansler Angela Merkeli təyin etməyi təklif edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Spiegel” məlumat yayıb.
Siyasətçi qeyd edib ki, Merkel ciddi bir şəxsdir və Avropa İttifaqının (AB) perspektivlərini nəzərə almağı bacarır. O, həmçinin inanır ki, həm Rusiya, həm də Ukrayna hakimiyyəti onunla ciddi davranacaq.
Van Aken əlavə edib ki, Avropa danışıqlarda daha fəal iştirak etməlidir və ABŞ prezidenti Donald Trampın Ukraynanı xilas etməyəcəyini vurğulayıb.
Tahir Turan
Globalinfo.az