owl detail 620 55e7dead65c9f45b9fa3a05d1d2fef3a

ABŞ-ın vitse-prezidenti C.D. Vens bildirib ki, Moskva son həftələrdə Ukrayna ilə danışıqlardan imtina edib.

Globalinfo.az xəbər verir ki, onun sözlərini “Fox News” yayıb.

Vensin açıqlamasına görə, Vaşinqton münaqişənin diplomatik yolla həllinə çalışır, lakin “tanqoya iki nəfər lazımdır”. O qeyd edib ki, son iki həftə ərzində Rusiya həm ikitərəfli görüşlərdən, həm də ABŞ-ın iştirakı ilə mümkün üçtərəfli formatdan imtina edib.

Vitse-prezidentin sözlərinə görə, Rusiya tərəfi hazırda Ukrayna ilə birbaşa dialoqa maraq göstərmir.

Tahir Turan
Globalinfo.az

Paylaş: