Avropalı diplomatlar Rusiyaya qarşı yeni 18-ci sanksiyalar paketi ilə bağlı razılığa gəliblər.
Globalinfo.az xəbər verir ki, bu barədə TASS agentliyinə Avropa İttifaqı (Aİ) strukturlarındakı mənbə bildirib.
Xatırladaq ki, daha əvvəl Avropa Şurasının prezidenti Antoniu Koşta Aİ liderlərinin növbəti sanksiyalar paketini təsdiqləyə bilmədiyini açıqlamışdı. Avropa Komissiyasının rəhbəri Ursula Fon der Leyen isə bildirib ki, 18-ci paket üzərində iş bütün sürətilə davam edir, lakin dəqiq tarix açıqlamayıb.
Əliyar Xəlil
Globalinfo.az