Fakt odur ki, bütün ictimaiyyət bu və ya digər formada Rusiyaya görə məyus olub.
Globalinfo.az xəbər verir ki, bunu erməni analitik Vigen Akopyan deyib.
“Müxalifət hesab edir ki, Rusiya müharibə vaxtı az şey edib, daha sonra isə mövcud hakimiyyətin yenidən seçilməsinə dəstək verib. Hakim sinif isə heç vaxt Rusiyaya münasibətdə loyal olmayıb, sadəcə, məcburiyyətdən özünü belə göstərməyə çalışıb. İndi isə oyun ortaya çıxır. Cəmiyyətin əhəmiyyətli hissəsinin heç nə vecinə deyil. Yəni hətta Türkiyənin dominantlığı olarsa, ciddi heç nə baş verməyəcək və onlarla işləmək mümkün olacaq. Artıq ictimaiyyətin müəyyən hissəsi Türkiyəyə təhdid kimi baxmır”, – o bildirib.
İlkin Həsənov
Globalinfo.az