huseyn hesenov 0

Məşhur videobloger Hüseyn Həsənov 2019–2021-ci illər ərzində 170 milyon rubl məbləğində vergidən yayınmaqda ittiham olunur.

Globalinfo.az xəbər verir ki, Rusiya İstintaq Komitəsinin məlumatına əsasən, həmin vəsaitin 20 milyon rublundan çoxunu maliyyə əməliyyatları vasitəsilə leqallaşdırıb.

Həsənovun xarici ölkə ərazisində gizləndiyi bildirilir. Bu səbəbdən ona qarşı Rusiya Cinayət Məcəlləsinin 174.1-ci maddəsinin 4-cü hissəsinin “b” bəndi üzrə – yəni cinayət yolu ilə əldə edilmiş və xüsusilə böyük məbləğdə vəsaitin yuyulması ittihamı irəli sürülüb.

Bloger barəsində qiyabi həbs qətimkan tədbiri seçilib və o, beynəlxalq axtarışa verilib.

*** 19:36

Rusiyada yaşayan azərbaycanlı bloqer Hüseyn Həsənov axtarışa verilib.

Globalinfo.az xəbər verir ki, bu haqda “Mash” teleqram kanalı məlumat yayıb.

Məlumata görə, o, çirkli pulların yuyulmasına görə axtarışa verilib və onun barəsində qiyabi həbs qərarı verilib.

H. Həsənovu yeddi ilə qədər həbs gözləyir.

Paylaş: