
Rusiya-Gürcüstan sərhədinə yaxın ərazidə güclü sel hadisəsi baş verib.
Globalinfo.az xəbər verir ki, təbii fəlakət səbəbilə sərhədin bağlandığı bildirilib.
Hadisənin dəqiq miqyası və fövqəladə vəziyyətin təfərrüatları hələlik açıqlanmayıb. Rəsmilərdən və aidiyyəti qurumlardan əlavə məlumat gözlənilir.
Tahir Turan
Globalinfo.az