Kareliyada, Oneqa gölündə Rusiya FHN-in itmiş Mi-8 helikopterinin qəzaya uğradığı yer aşkarlanıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya FHN məlumat yayıb.
“Mi-8 helikopterinin qalıqları sahildən 11 km aralıda tapılıb. Tapıntının olduğu yerdə gölün dərinliyi 40-50 m arasında dəyişir”, – idarənin açıqlamasında bildirilir.
Fövqəladə vəziyyətin araşdırılması üçün operativ qərargah və komissiya yaradılıb. Xilasedicilər aerokirşələrlə gölün ətrafını tədqiq ediblər.
İşə 33 texnika və 140-dan çox adam cəlb olunub. Onların arasında Rusiya Fövqəladə Hallar Nazirliyinin “Lider” xüsusi riskli xilasetmə əməliyyatları mərkəzinin 60 m-ə qədər dərinliyə enmək lisenziyası olan dalğıclar da var. Sualtı işlərdə onlar 300 m-ə qədər dərinliyə dala bilən “Falcon” uzaqdan idarə olunan cihazdan istifadə edirlər.
***00:38
Rusiya Fövqəladə Hallar Nazirliyinə məxsus Mi-8 helikopteri Kareliyada Oneqa gölü üzərində itib.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya FHN məlumat yayıb.
Nazirlikdən bildirilib ki, Oneqa gölünün suları üzərində təlim uçuşu zamanı Rusiya Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Aviasiya Xilasetmə Mərkəzinin Mi-8 helikopteri Prionejskinin Derevyannoye kəndi ərazisində təqribən əlaqəni dayandırıb.
İtmiş helikopterin axtarışı davam edir.