Rusiya FHN-ə məxsus helikopterin ekipaj üzvünün meyiti tapıldı

Rusiya xilasediciləri Kareliyada Oneqa gölünün dibində Fövqəladə Hallar Nazirliyinin “Mi-8” helikopterinin ekipaj üzvlərindən birinin meyitini aşkar ediblər.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, cəsəd helikopterin içərisində aşkar edilib.

Digər iki ekipaj üzvünün axtarışları isə davam edir.

Bildirilib ki, dalğıclar Moskva vaxtı ilə saat 00:00-a qədər işlərini davam etdirəcək, bundan sonra onlar uzaqdan idarə olunan robotla göl dibində axtarışlar aparacaqlar.

Qeyd edək ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Aviasiya Xilasetmə Mərkəzinin Kareliyada Oneqa gölü üzərində təlim uçuşu həyata keçirən “Mi-8” helikopteri fevralın 4-də üç ekipaj üzvü ilə əlaqə kəsilib. Helikopterin qalıqları sahildən 11 km aralıda, digər hissələri isə göl dibinin 40-50 metr dərinliyində aşkar edilib.